Bakı, TurkicWorld
Fransa rəhbərliyi "Telegram"ın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb.
TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir:
"Fransızların addımı "Telegram" messencerinin, həqiqətən, etibarlı və populyar olduğunu sübut edir".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlamasında "Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır" deyə qeyd edib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.