Bakı.TurkicWorld:
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-yə səfər edib. O, G20 (Böyük İyirmilik) üzv dövlətlərinin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Atlanta şəhərinə gedib.
Bu barədə TASS məlumat verir.
G20 xarici işlər nazirlərinin görüşü oktyabrın 30-31-də keçiriləcək və dekabrın 14-15-də Mayamidə baş tutacaq G20 liderlərinin sammiti ərəfəsində əsas tədbir olacaq. Risioyaya qarşı sanksiyalar tə\tbiq edən ölkələrin hava məkanından yan keçdiyi üçün təyyarə daha uzun yol qət edib və 20 saat 10 dəqiqəyə ABŞ-yə çatıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qərarın hələ verilmədiyini bildirmişdi. Peskov, həmçinin Rusiyanın sammitdə iştirakının "yüksək səviyyədə, səmərəli və fəal" olacağını qeyd etmişdi.





