Son dəqiqə

İran Seyid Əli Xamenei Pavel Durov

İranın Ali Rəhbəri Durovun saxlanılmasına münasibət bildirib

Bakı, TurkicWorld

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei "Telegram" messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

TurkicWorld İran KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

"Kiberməkanda hər yerdə idarəetmə var. Gördüyünüz kimi, Pavel Durovu Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu da onların qaydalarını pozduğunu göstərir", - Xamenei əlavə edib.

Qeyd edək ki, İranda altı ildən çoxdur "Telegram"ın fəaliyyəti qadağan edilib.

Xatırladaq ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.

Mövzuya görə xəbərlər