Bakı, TurkicWorld
Şotlandiyada bir qrup alim süni intellekt vasitəsilə bir milyondan çox beyin skanını araşdıraraq, Alzheimer riskini proqnozlaşdırmaq üçün alət hazırlamağı planlaşdırırlar.
TurkicWorld xəbər verir ki, bu barədə Şotlandiyanın Edinburq və Dandi Universitetlərinin tədqiqatçıları araşdırma ediblər.
Tədqiqatçılar, süni intellekt vasitəsilə 1,6 milyon beyin skanını araşdıraraq, Alzheimer riskini proqnozlaşdıra bilən bir alət hazırlamağı hədəfləyirlər.
Bu layihə, on il ərzində Şotlandiyada xəstələrdən toplanmış CT və MRT nəticələrini əhatə edəcək.
Belə ki, tədqiqatçılar bu araşdırma nəticəsində hazırlanacaq rəqəmsal alətlərlə, radioloqlara xəstələrin Alzheimer riskini daha erkən və daha dəqiq müəyyən etməyə kömək edəcək.
Alzheimer, bütün dünyada sürətlə artan bir sağlamlıq problemidir və bununla yaşayan insanların sayının 2050-ci ilə qədər 153 milyona çatacağı gözlənilir. Bu layihə ilə tədqiqatçılar xəstəliyin diaqnozu və müalicə proseslərini sürətləndirməyə və daha təsirli müalicələrin inkişafına töhfə verməyə ümid edirlər.
Əlavə olaraq, bu tədqiqatda toplanmış məlumatlar Şotlandiyanın Milli Mühafizə Bölgəsində saxlanılaraq, gələcək tədqiqatlar üçün istifadə olunacaq. Bu məlumatların Alzheimerin daha yaxşı başa düşülməsinə və potensial olaraq yeni müalicələrin inkişafına səbəb ola biləcəyi düşünülür.