Bakı, TurkicWorld
Sufizm incəsənəti və mədəniyyətinə həsr olunmuş ilk muzey Musee d'Art et de Culture Soufis MTO (MACS MTO), sentyabrın 28-də Fransanın paytaxtı Parisin Chatou bölgəsində öz qapılarını ziyarətçilərin üzünə açacaq.
TurkicWorld xəbər verir ki, muzeydə sufi incəsənəti və mədəniyyət obyektlərinin kolleksiyasından savayı, həmçinin müasir incəsənət sərgiləri, söhbətlər, tədbirlər və emalatxana proqramları da təqdim olunacaq. Bu kolleksiya , tarix boyu sufizmin dünya incəsənətinə və mədəniyyətə verdiyi töhfələri özündə nümayiş etdirəcək.
Sərgi Mövlanə Cəlaləddin-i Rumi və Hafiz-ı Şirazidən ilham alan musiqi ənənələrindən tutmuş, Feridüddin Əttarın yazılarından uyğunlaşdırılan tamaşalara və rəsmlərə qədər geniş çərçivəni əhatə edəcək. Kolleksiyanın böyük hissəsi 19-cu əsrdən günümüzə aid olsa da, ən qədim əsərlər Əhəmənilər Pers İmperiyasına (e.ə. 550-330) aiddir.
Üç mərtəbədən ibarət olan muzeyde heykəltəraşlıq, musiqi, tekstil, xəttatlıq, əlyazmalar, keramika və güzgü mozaikaları kimi bir çox əşya kolleksiyası və əsərlər özlüyündə sufizmdə mühüm olan simvolik mənaları əks etdirir.
Bunların arasında MTO Shahmaghsoudi İslam Sufi Məktəbinin 41-ci Ustadı Hazrat Shah Maghsoud Sadegh Angha tərəfindən sufi numeralogiyası ilə hazırlanan heykəl xüsusi yer tutur.
Muzeyin açılış sərgisi olan "Le Ciel interieur"da ("Daxili Səma") yeddi beynəlxalq müasir rəssamın sufi dəyərləri və mənəvi düşüncə ilə əlaqəli əsərləri incəsənət və mədəniyyət kolleksiyasının önəmli bir hissəsi kimi sərgilənəcək.
Alexandra Baudelot, Musee d'Art et de Culture Soufis MTO-nun direktoru , “Muzey dinindən və inancından asılı olmayaraq tamaşaçılar və sənətçilər arasında dialoq üçün ortaq məkan yaradır. Kolleksiyamızın genişləndirilməsi ilə biz sufizmi geniş şəkildə anlayaraq , məşğul olmaq üçün imkanlar yaratmağa ümid edirik” deyə bildirib.
Qeyd edək ki, muzey Parisdə Chatou ətrafında, Sena çayının sahilində, tarixi Ile des Impressionnistes-ə baxan 19-cu əsrə aid malikanədə yerləşir. Binanın yenidən dizaynına tanınmış fransız səhnə dizaynerləri Atelier Maciej Fiszer və memar Ducatillion Gimel nəzarət ediblər. Binanın fasadlarında və divarlarında olan bəzəklər, mozaik döşəmələr və neoklassik başlıq kimi xüsusiyyətləri qoruyub saxlayaraq, ekoloji təmiz bir incəsənət məkanına çeviriblər.