BAKI,TurkicWorld
Fransa neft emalı zavodlarını və Yanbu limanında yerləşən neft kəmərini qorumaq üçün Səudiyyə Ərəbistanına hərbçilər, radar və müdafiə sistemləri göndərəcək.
Bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, qərar Səudiyyə Ərəbistanı hakimiyyəti ilə razılaşdırılıb. Paris bununla hər hansı münaqişəyə cəlb olunmur.
"Bu obyekti qorumaq üçün hərbi vasitələr, yəni əsgərlər, radar sistemləri və müdafiə sistemləri göndərəcəyik", – deyə Fransa lideri bildirib. O, həmçinin Parisin "heç bir münaqişəyə cəlb olunmadığını" vurğulayıb.
Yanbu limanı Hörmüz boğazından yan keçməklə Səudiyyə nefti və neft məhsullarının Avropaya tədarükündə mühüm rol oynayır. Şərq-Qərb neft kəmərinin fəaliyyəti sentyabrın 11-də baş verən hücumlardan sonra dayandırılıb və sentyabrın 22-də bərpa edilib.







