BAKI,TurkicWorld
Paris şəhərində Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti Hondker M. Talha arasında görüş keçirilib.
TurkicWorld xəbər verir ki, görüş UNESCO-nun Baş qərargahında baş tutub.
Tərəflər UNESCO çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq mədəni-humanitar gündəlikdəki prioritetlər və çoxtərəfli dialoqun inkişafı məsələlərini müzakirə ediblər.
Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib və təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Görüşdə mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması əsas istiqamətlər kimi qeyd olunub.
Tərəflər beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcək layihələr üzrə fikir mübadiləsi aparıblar.







