Son dəqiqə

Fransa Ermənistan Nikol Paşinyan Emmanuel Makron Paris Yelisey sarayı Beynəlxalq Kosmik Sammit

Paşinyan Makronla görüşüb

BAKI,TurkicWorld

Parisin Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Bu barədə Ermənistan KİV yazır.

Məlumata görə, Paşinyan və Makron görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafını, kosmik sahədə əməkdaşlığı, eləcə də regional prosesləri müzakirə ediblər.

Tərəflər sülhün möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Paşinyan Beynəlxalq Kosmik Sammitdə iştirak etmək ötən gün Fransaya səfər edib. Sammit 9–10 sentyabr tarixlərində Parisdə keçirilir.

Mövzuya görə xəbərlər