İran İran növbədənkənar prezident seçkiləri

İranda prezident seçkilərində Məsud Pezeşkian irəlidədir

Bakı. TurkicWorld :

İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 19 milyon səsin hesablanmasına görə, öndədir.

TurkicWorld-in məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 47,6 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 8,3 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 7,18 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 2,67 milyon və sabiq təhlükəsizlik rəsmisi 158 min səs toplayıb.

xxx

09:14

İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian hesablanan 14 milyon səsə əsasən, öndədir.

TurkicWorld-in məlumatına görə, bunu İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 37 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 5,95 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 5,56 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 1,89 milyon və sabiq təhlükəsizlik rəsmisi 111 min səs toplayıb.

xxx

07:54

İranın sabiq səhiyyə naziri, islahatçı qanaddan olan Məsud Pezeşkian 12 milyon səs hesablandıqdan sonra öndədir.

TurkicWorld-in məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 32,2 minində bülletenləri hesablandıqdan sonra Məsud Pezeşkian 5 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 4,875 milyon səs toplayıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saat olsa da, yerli vaxtla 24:00-dək uzadılıb. İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.

xxx

06:52

İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub olan Səid Cəlili növbədənkənar prezident seçkilərində 10 milyon 366 min səsi (ümumilikdə 61 milyon seçici) hesabladıqdan sonra liderlik edir.

TurkicWorld xəbər verir ki, bu barədə İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, 58 min seçki məntəqəsindən 28 minində bülletenlərin hesablanmasından sonra Səid Cəlili 4,266 milyon, Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Məsud Pezeşkiyan 4,244 milyon səs toplayıb. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın lehinə 1,385 milyon insan səs verib. Dördüncü prezidentliyə namizəd - daxili işlər və ədliyyə nazirliklərinin keçmiş rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.

Mövzuya görə xəbərlər