Bakı,TurkicWorld
Maldiv hökuməti İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etmək üçün qanuna dəyişiklik edəcək.
TurkicWorld xəbər verir ki, Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə ianə kampaniyası başlatmaq və bu məsələ ilə bağlı xüsusi nümayəndə təyin etmək qərarına gəlib.
Qeyd edək ki, Muizzu həmçinin Fələstinə dəstək məqsədilə “Maldivlər Fələstinlə Həmrəylik” adı altında ümummilli mitinq təşkil etməyə hazırlaşır.







