Bakı, TurkicWorld:
İsrailin Rəfahda başlatdığı hücumlar səbəbiylə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) İsrailə qarşı tələb etdiyi yeni tədbirlərlə bağlı qərar bu gün açıqlanacaq.
TurkicWorld xəbər verir ki, qərar məhkəmə sədri, livanlı hakim Nəvaf Salam tərəfindən açıq iclasda oxunacaq.
Xatırladaq ki, Cənubi Afrikanın əlavə tədbirlər tələbləri ilə bağlı mayın 16-da və 17-də keçirilən dinləmələrdə Cənubi Afrika tərəfi bəyan edib ki, İsrail ICJ-nin yanvarın 26-da verdiyi ilk qərardan sonra fələstinlilərə qarşı hücumlarını artıraraq Məhkəmənin məcburi qərarlarını qəsdən pozub.