Son dəqiqə

Slovakiya

Slovakiya baş nazirinə sui-qəsddə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılıb

Bakı. TurkicWorld:

Slovakiya baş naziri Robert Fitsoya sui-qəsd təşkil etməkdə şübhəli bilinən Yuray Çintula məhkəmə qarşısına çıxarılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

Məlumata görə, 71 yaşlı yazıçı Çintula gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə Pezinok şəhərindəki xüsusi cinayət məhkəməsinə çatdırılıb.

Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Slovakiyanın ətraf mühitin mühafizəsi nazirinin müavini Filipp Kuffa sosial şəbəkə hesabında baş nazir Robert Fitsonun vəziyyətinin stabil olduğunu açıqlayıb.

Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Çintula saxlanılıb. Çintulanın radikal qruplaşmanın üzvü olmadığı və təkbaşına hərəkət etdiyi müəyyən edilib.

Mövzuya görə xəbərlər