Bakı.TurkicWorld
Slovakiya baş nazirinin müavini Tomaş Taraba açılış mərasimindən narazı olduğu üçün Olimpiya Oyunlarının bağlanış mərasiminə getməkdən imtina edib.
TurkicWorld xəbər verir ki, siyasətçi bu barədə Tomaş Taraba öz şəxsi "Facebook" hesabında açıqlama verib.
"Mən bağlanış mərasimində Slovakiyanı təmsil etməli idim. Lakin normal dünya üçün bu Olimpiada həmişə idmanın gözəlliyindən sui-istifadə edən və onu mütərəqqi siyasi teatra çevirən iyrənclik rəmzi olaraq qalacaq. Buna görə də mən bağlanış mərasimində iştirak etməmək qərarına gəldim", - deyə siyasətçi bildirib.