Son dəqiqə

Fransa Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Fransaya xalça ixracı 23 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld , Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq, 23 milyon 708 min 44 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 2 milyon 552 min 20 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 250 milyon 886 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 2 milyard 800 milyon 843 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər