BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3faiz artaraq, 7 milyon 940 min 39 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 3 milyon 536 min 63 dollara çatdırıb.
Qeyd edək ki,2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub.
Bu barədə VOA- ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq,1 milyard 29 milyon 94 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 4 milyard 512 milyon 224 min dollar məbləğində sement ixrac edib.







