BAKI, TurkicWorld, Nailə Babazadə
Bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.
“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.
Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb







