BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin fevral ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 12,9 faiz azalaraq 747 milyon 259 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 7,8 faiz azalaraq, 1 milyard 504 milyon 101 min dollar olub.
“Bu ilin fevral ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 1 milyard 263 milyon 759 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 2 milyard 557 milyon 272 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.
“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.
Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.







