Son dəqiqə

Rusiya Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyənin dünya bazarlarına polad satışı Türkiyə polad ixrac həcmi Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Rusiyaya polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,8 faiz artaraq, 17 milyon 29 min 31 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 9 milyon 12 min 52 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 2 milyard 274 milyon 862 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 330 milyon 873 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər