BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin fevral ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 10,1 faiz azalaraq 5 milyard 429 milyon 833 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 9,3 faiz azalaraq, 10 milyard 870 milyon 450 min dollar olub.
“Bu ilin fevral ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 3 milyard 866 milyon 760 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 7 milyard 683 milyon 478 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.
“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.
Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.







