BAKI, TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin fevral ayında Türkiyənin Türkdilli ölkələrə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 5,8 faiz azalaraq 767 milyon 176 min dollar olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin Türkdilli ölkələrə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 10,3 faiz azalaraq, 1 milyard 453 milyon 348 min dollar olub.
“Bu ilin fevral ayında Türkiyənin Türkdilli ölkələrdən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 63,9 faiz artaraq 772 milyon 935 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin Türkdilli ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 36,4 faiz artaraq, 1 milyard 542 milyon 45 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.
“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.
Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.







