Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Türkiyədən Fransaya avtomobil ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 4 milyard 398 milyon 345 min 20 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artaraq,512 milyon 229 min 80 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyar 751 milyon 656 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 41 milyard 248 milyon 489 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər