Son dəqiqə

Pərviz Şahbazov Energetika Nazirliyi ABŞ Azərbaycan münasibətləri ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan–ABŞ əməkdaşlığı Azərbaycan–ABŞ strateji tərəfdaşlığı ABŞ-Azərbaycan strateji tərəfdaşlığı TRIPP layihəsi TRIPP layihəsi fonunda Ermənistan–İsrail dialoqu diqqət çəkir Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası

Energetika naziri ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə enerji əməkdaşlığını müzakirə edib

BAKI, TurkicWorld

Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub.

TurkicWorld xəbər verir ki,görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub.

Mövzuya görə xəbərlər