Son dəqiqə

Qarabağ ASELSAN ROKETSAN Türkiyə-Azərbaycan enerji əlaqələri Roketsan 2025 Türkiyə Azərbaycan qardaşlığı DEİK Türkiyə - Azərbaycan İş Şurası Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Türkiyə-Azərbaycan strateji əməkdaşlığı Türkiyə Azərbaycan əməkdaşlığı Hüseyn Büyükfırat

Türkiyə şirkətləri Qarabağa xüsusi maraq göstərir – tikinti, turizm və kənd təsərrüfatı sürətlə genişlənir - TÜİB sədri (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat TurkicWorld-ə müsahibəsində bildirib ki, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Türkiyə investorlarının bölgəyə marağını ciddi şəkildə artırıb. Onun sözlərinə görə, bölgə təkcə tikinti sahəsi ilə deyil, həm də turizm və kənd təsərrüfatı potensialı ilə diqqət mərkəzindədir.

“İlk mərhələ yol və infrastruktur idi. Bu proses davam etdikcə Qarabağ həm yaşayış, həm də biznes üçün əlverişli məkana çevrilir. Türkiyə iş adamlarının marağı da buna paralel olaraq yüksəlir,” – deyə TÜİB sədri bildirib.

Büyükfırat qeyd edib ki, Azərbaycan dövləti investorlar üçün geniş güzəştlər təqdim edir və Türkiyə şirkətlərinə də bu imkanlar ətraflı şəkildə izah olunur:

“Biz şirkətlərə deyirik ki, uzaq ölkələrə getməyin. Azərbaycan sizin üçün doğma bir bazardır. Xüsusilə tekstil, turizm və kənd təsərrüfatında böyük perspektiv var.”

O bildirib ki, həmçinin müdafiə sənayesində iki ölkə arasında genişmiqyaslı layihələr həyata keçirilir:

“ASELSAN, ROKETSAN və digər nəhəng şirkətlərlə ciddi ortaq layihələrimiz davam edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq tarixdə ən yüksək səviyyəyə çatıb.”

Mövzuya görə xəbərlər