Son dəqiqə

Slovakiya

Slovakiya baş nazirinin həyati təhlükəsi davam edir - KİV

Bakı. TurkicWorld:

Slovakiya baş naziri Robert Fitsonun həyati təhlükəsi hələ də davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Slovakiyanın yerli telekanalı mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlı yazıçı Yuray Çintula olduğu müəyyən edilib.

Mövzuya görə xəbərlər