Bakı,TurkicWorld:
Çexiyanın Praq şəhərindən, Slovakiyanın Koşitse şəhərinə gedən sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində dörd nəfər həyatını itirib, 20 dən çox insan yaralanıb.
TurkicWorld xəbər verir ki, hadisə Praqdan yüz kilometr aralıda baş verib.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Çexiyanın baş naziri Petr Fiala həlak olanların ailələrinə başsağlığı verib.