Son dəqiqə

Slovakiya

Slovakiya ukraynalı qaçqınlara maliyyə dəstəyini dayandıracaq

Bakı, TurkicWorld

Slovakiyanın baş naziri Robert Fiko 130 mindən çox ukraynalı qaçqına maliyyə dəstəyini dayandıracaqlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə BBC yerli hökumətə istinadən məlumat yayıb.

Yanvarın 1-də rəsmi Kiyev on illər ərzində Mərkəzi Avropanı Rusiyanın təbii qazı ilə təchiz edən qaz boru xətti ilə qazın verilişini əngəlləyib. Slovakiya qaz xəttinin keçdiyi ölkələrdəndir və yaranmış vəziyyətdə milyonlarla avro məbləğində tranzit gəlirlərindən məhrum ola bilər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının statistikasına görə, ümumilikdə dünyada 6,8 milyondan çox ukraynalı qaçqından 130 minə yaxını məhz Slovakiyaya sığınıb.

Ötən ilin dekabr ayında Moskvaya gözlənilməz işgüzar səfər etmiş Fiko Kiyevin bu addımını təxribat kimi dəyərləndirib.

Onun sözlərinə görə Ukrayna prezidenti Volodimir Zelenskinin qaz axınını dayandırmaq qərarı Slovakiyanı 500 milyon avroya yaxın tranzit gəlirlərindən məhrum edəcək.

Mövzuya görə xəbərlər