Son dəqiqə

Slovakiya

Slovakiyanın baş nazirinə qarşı yeni sui-qəsd cəhdi edilibmiş

Bakı, TurkicWorld

Oktyabr ayında silahlı bir şəxs Slovakiyanın prezidenti və baş nazirinin iştirak etdiyi Qırmızı Ordunun Karpat-Dukla hücum əməliyyatının 80-ci ildönümünə həsr olunmuş ictimai tədbirə gəlib.

TurkicWorld xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

O qeyd edib ki, bu tədbirdə ona qarşı növbəti sui-qəsd cəhdi edilib. İnsident tədbirə hazırlıq zamanı baş verib - hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirə daxil olmaq istəyən silahlı şəxsi saxlayıblar.

"Sui-qəsd cəhdləri davam edir. Ukraynadakı münaqişənin həllinə yanaşmama görə mənə nifrət edirlər", - R.Fitso ifadə edib.

Xatırladaq ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Slovakiyanın Baş naziri Robert Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.

Mövzuya görə xəbərlər