Bakı, TurkicWorld
Slovakiyanın baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra öz vəzifəsinə qayıdıb.
TurkicWorld bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, baş nazir Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndində yerləşən "Aqro Voderadi" kənd təsərrüfatı birliyinə baş çəkib, burada məhsul yığımının gedişi ilə tanış olub.
"İqlim dəyişikliyi reallıq kimi qəbul edilməlidir. Bunu respublikada məhsul yığımına erkən başlaması sübut edir", - deyə Fitso bildirib.