Mikayıl Cabbarov Slovakiya

Azərbaycan-Slovakiya biznes forumu keçiriləcək

Bakı, TurkicWorld

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə platformasında paylaşım edib.

Görüşdə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəmində olan prioritetləri müzakirə olunub.

Bundan başqa, biznes tərəfdaşlığının inkişaf perspektivləri; Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları; ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti; əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələsi də gündəmdə olub.

Nazir qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıq müzakirə olunub.

Qeyd edək ki, forum sentyabrın 25-də Bakıda keçiriləcək.

Mövzuya görə xəbərlər