Bakı. TurkicWorld:
Slovakiya Baş naziri Robert Fitsoya edilən hücum demokratiyaya hücumdur.
TurkicWorld xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Demokratik ölkələrdə fərqli fikirlərə malik ola bilərik, lakin zorakılıq qəbuledilməzdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Slovakiyanın baş naziri Fitso dünən ölkəsinin Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.