Son dəqiqə

NATO Avropa İttifaqı Rusiya İsveçrə Təhlükəsizlik Şurası

İsveçrədə sakinlərin 70 faizindən çoxu neytrallıq təşəbbüsünü dəstəkləməyib

BAKI,TurkicWorld

İsveçrə sakinlərinin 70 faizindən çoxu referendumda konstitusiyada əbədi və hərtərəfli neytrallıq prinsipinin təsbit edilməsini, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini və NATO-ya üzvlüyün qadağan olunmasını nəzərdə tutan təşəbbüsün əleyhinə çıxıb.

Hökumətin saytında dərc olunan yekun məlumatlara əsasən, seçicilərin 70,15 faizi təşəbbüsün əleyhinə, 29,85 faizi isə lehinə səs verib. Təşəbbüs bütün kantonlar tərəfindən də yekdilliklə rədd edilib. Seçici fəallığı 47,06 faiz təşkil edib.

İsveçrə hökuməti beynəlxalq münasibətlərdə neytrallığını qoruduğunu təkid etməkdə davam edir. Xüsusilə Rusiyaya qarşı sanksiyalardan söhbət gedərkən, İsveçrə tərəfi bu prinsipə riayət olunmasını, o cümlədən Bernin məhdudlaşdırıcı tədbirlərin müəllifi olmaması, sadəcə üzvü olmadığı Avropa İttifaqının nümunəsini izləməsi ilə izah edir. Ölkədə heç də hamı bu yanaşmanı bölüşmür: İsveçrənin ən böyük siyasi qüvvəsi olan İsveçrə Xalq Partiyası (SVP) hesab edir ki, hökumət sanksiyalara qoşulmaqla neytrallıq prinsipini pozub.

Bununla əlaqədar SVP konstitusiyada hərbi ittifaqlara, o cümlədən NATO-ya üzvlük imkanını, habelə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalar istisna olmaqla, istənilən sanksiyanın tətbiqini istisna edən əbədi, silahlı və hərtərəfli neytrallıq prinsipinin təsbit olunmasını nəzərdə tutan xalq təşəbbüsü irəli sürüb. Digər dövlətlərin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin yan keçilməsinin qarşısının alınmasına yönəlmiş tədbirlərin isə saxlanılması nəzərdə tutulurdu. Hökumət və parlament bu ideyanın əleyhinə çıxıb.

Mövzuya görə xəbərlər