Son dəqiqə

Fələstin İsrail Qəzza Rəfah

Kerem Əbu Səlim Sərhəd Qapısı yenidən açılıb

Bakı. TurkicWorld:

Qəzza zolağının cənubundakı Rəfahdakı Kerem Əbu Səlim Sərhəd Qapısı humanitar yardımların girişi üçün yenidən açılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu X sosial media hesabında açıqlayıb.

Açıqlamada humanitar yardım daşıyan yük maşınlarının Misirdən Kerem Əbu Səlim Sərhəd Qapısına gəlməyə başladığı bildirilib.

Qeyd edək ki, İsrail ordusu mayın 5-də raket hücumlarında dörd əsgərinin həyatını itirməsindən sonra Kərəm Əbu Səlim Sərhəd Qapısını Qəzzaya yardım aparan yük maşınlarının keçidinə bağlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər