Son dəqiqə

BMT İsrail Rəfah

Rəfahdan hər bir saatda 200 ailə köçür – BMT

Bakı. TurkicWorld:

Rəfahdan hər saatdan bir 200 ailə köçür.

TurkicWorld xəbər verir ki, BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin Humanitar Məsələlər üzrə Koordinatoru Andrea de Domeniko, İsrailin evakuasiya əmrindən sonra hər saat təxminən 200 ailənin Rəfahı tərk etdiyini açıqlayıb.

Dominiko İsrail rəsmilərinin sərhəd qapılarının nə vaxt açılacağı ilə bağlı hələlik məlumat paylaşmadığını qeyd edib.

Humanitar yardım əməliyyatlarının davam etdirilməsi üçün səlahiyyətlilərlə daimi təmasda olduqlarını bildirib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər