Yaponiya Ukraynaya 12 milyard dollardan çox yardım edəcək

Yaponiya Ukraynaya 12 milyard dollardan çox yardım edəcək

Bakı. TurkicWorld:

Yaponiya Ukraynaya 12 milyard dollardan çox yardım edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yoshimasa Hayashi məlumat verib.

Məlumatda bildirilib ki, Yaponiya Kiyevə dəstək verməyə davam edəcək.

Qeyd edək ki, ötən ilin iyununda Yaponiya Ukraynaya 7,6 milyard dollar yardım edib.