Son dəqiqə

ABŞ Ukrayna Vladimir Zelenski Donald Tramp

Zelenski Trampla görüş barədə razılaşıb

Bakı, TurkicWorld

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampla telefon danışığında şəxsi görüş barədə razılığa gəlib.

TurkicWorld xəbər verir ki, Ukrayna prezidenti bu barədə özünün "Telegram" hesabında məlumat paylaşıb.

"Prezident Trampla şəxsi görüşdə məhz hansı addımların dünyanı necə dürüst və həqiqətən, davamlı edə biləcəyini müzakirə etmək barədə razılığa gəldik", - Zelenski paylaşımında deyib.

Bundan başqa, telefon danışığında Zelenski Trampı Respublikaçılar Partiyasının namizədi olması münasibətilə təbrik edib və bu yaxında ona qarşı təşkil olunmuş sui-qəsd cəhdini pisləyib.

Mövzuya görə xəbərlər