Bakı,TurkicWorld
ABŞ-ın maliyyə naziri Canet Yellen və Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni Rusiyanın Qərb tərəfindən dondurulmuş suveren aktivlərindən Ukraynaya kreditlərin verilməsi üçün "növbəti addımları" nəzərdən keçirib.
TurkicWorld -in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, C.Yellen və P.Gentiloni Rio-de-Janeyroda 20-lər qrupunun maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin toplantısı çərçivəsində görüşüblər.
"Nazir və Avropa komissarı uzunmüddətli yenidənqurma da daxil olmaqla, Ukraynaya yardım etmək üçün "G7" liderləri tərəfindən <...> Rusiyanın hərəkətsizləşdirilmiş suveren aktivlərindən faydalanmaq üçün Apuliyadakı öhdəliklərin yerinə yetirilməsi üçün növbəti addımları müzakirə etdilər", - deyə bildirilib.