Son dəqiqə

Ukrayna

Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq

Bakı,TurkicWorld

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq.

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək", - o qeyd edib.

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.

Mövzuya görə xəbərlər