Bakı, TurkicWorld
Ali Rada Ukraynanın yeni xarici işlər naziri olaraq Andrey Sibiqanı təsdiqləyib,
TurkicWorld "TASS"-a istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib.
Qeyd edək ki, XİN rəhbəri də daxil olmaqla, Ukraynanın bir neçə dövlət qurumunun rəhbərləri vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.