Son dəqiqə

ABŞ Ukrayna

ABŞ Ukraynaya 20 milyard dollar kredit ayıracaq - Nazirlik

Bakı. TurkicWorld:

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin geri qaytarılması ilə Ukraynaya 20 milyard dollar kredit ayırdığını açıqlayıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Nazirliyin açıqlamasında bildirilib.

Məlumata əsasən, kredit "G7" ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi yönəldilir. "Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək", - deyə maliyyə naziri Canet Yellen bildirib.

O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Mövzuya görə xəbərlər