Bakı,TurkicWorld
ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində dəyən ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olacağı təxmin edilir.
TurkicWorld xəbər verir ki, Los-Anceles bölgəsi yanvarın 7-dən bəri tarixində ən böyük yanğına səhnə olub.
Güclü küləyin təsiri ilə sürətlə yayılan yanğınlarda indiyədək 160 min dekardan çox ərazi yanaraq kül olub. Ən azı 24 nəfər həyatını itirib, 12 mindən çox tikili, o cümlədən məşhurların evləri dağılıb.
ABŞ prezidenti Co Bayden bəyan edib ki, Los-Anceles və yanğınlardan zərər çəkmiş ətraf ərazilərin bərpası on milyardlarla dollara başa gələcək.
"Los-Ancelesin bərpası üçün on milyardlarla dollara ehtiyac var. Konqresin işə qarışması və bu ehtiyacı maliyyələşdirməsi lazımdır",- deyə Bayden bildirib.