Bakı, TurkicWorld
ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir silah paketi ayırdığını açıqlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Məlumata əsasən, yeni yardım paketinə "NASAMS" zenit-raket sistemləri üçün döyüş sursatları, "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, daşına bilən "Stinger" zenit-raket sistemləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemlər üçün döyüş sursatları, "Javelin" və "AT-4", tank əleyhinə sistemlər və PUA-lar, hava-yer döyüş sursatları, "Stryker" zirehli personal daşıyıcıları, atıcı silahlar və sursatlar daxildir.
Sənəddə vurğulanıb ki, Kiyevə silahlar PDA (Prezident Drowdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fərmanla fövqəladə hallar zamanı Konqresin razılığı olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verir.