Bakı,TurkicWorld
Ankarada yerləşən Hacattepe universiteti 28 növ kimyəvi, beş növ təmizlik ləvazimatının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar 19 dekabr 2025 tarixinə qədər təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 27 yanvar 2025-ci il tarixinə qədər “Adnan Saygun Cad. 06100 Sıhhıye Altındağ/Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.