Bakı, TurkicWorld
Kazan hava limanının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 06:00-dan etibarən Kazan hava limanının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və yola salmır", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hava gəmilərinin ekipajları, aviadispetçerlər və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri görürlər – bu, əsas prioritetdir.