Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib

Bakı,TurkicWorld

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gələn il üçün gəlirləri 14 milyard 452,5 milyon manat, xərcləri isə 14 milyard 640,2 milyon manat təsdiq edilib.

Bunlar, cari illə müqayisədə müvafiq olaraq 19,7 % və 13,5 % çoxdur.

Mövzuya görə xəbərlər