Bakı, TurkicWorld
Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
TurkicWorld xəbər verir ki, xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.
Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.
Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boeing 737-800-ün qurbanlarının sayı 62-dən 85-ə yüksəlib.
TurkicWorld-in Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, Banqkokdan uçan təyyarənin göyərtəsində 175 sərnişin (173 Koreya Respublikası və 2 Tailand vətəndaşı), həmçinin 6 ekipaj üzvü olub.
Cənubi Koreyanın Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.
TurkicWorld-in Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, Banqkokdan uçan təyyarənin göyərtəsində 175 sərnişin (173 Koreya Respublikası və 2 Tailand vətəndaşı), həmçinin 6 ekipaj üzvü olub.
İlkin məlumatlara görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib. Qəza yerində xilasetmə işləri davam etdirilir.
Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
TurkicWorld-in Yonhap-a istinadən verdiyi məlumata görə, təyyarə Muan hava limanında qəzaya uğrayıb. Son məlumata əsasən, qəza nəticəsində 47 nəfər həlak olub. Xilasetmə işləri qəza yerində davam edir.
Təyyarənin göyərtəsində 181 nəfər olduğu bildirilib.
Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
TurkicWorld-in Yonhap-a istinadən verdiyi məlumata görə, təyyarə Muan hava limanında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində 28 nəfər həlak olub. Xilasetmə işləri qəza yerində davam edir.
Təyyarənin göyərtəsində 181 nəfər olduğu bildirilib. Hadisə ilə bağlı əlavə məlumatlar hələ də dəqiqləşdirilmir.
Cənubi Koreyanın Colanam-do əyalətində, Muan hava limanında göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə qəzaya uğrayıb.
TurkicWorld "Yonhap" agentliyinə istinadən xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində ən azı 23 nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, təyyarə Banqkokdan Cənubi Koreyaya uçuş həyata keçirirdi. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.