Son dəqiqə

Cənubi Koreya

Müstəntiqlər Cənubi Koreya prezidentinin həbsinə order verilməsini istəyiblər

Bakı, TurkicWorld

Cənubi Koreya prezidenti Yun Sok Yol barəsində işi araşdıran Birgə İstintaq Qrupu onun həbs edilməsinə dair order verilməsini istəyib.

TurkicWorld-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

"Sorğu Seul Qərb Dairə Məhkəməsinə təqdim edilib", - deyə qeyd olunub.

Bildirilib ki, istintaq qrupu Yun Sok Yolun sorğu-sual üçün gəlmək haqqında üç çağırışa məhəl qoymamasından sonra həbs orderinin verilməsini istəyib.

Prezidentin nümayəndəsi həbs qərarı ilə bağlı müraciətə cavab olaraq "rəsmi addımlar" atmaq niyyətində olduğunu bildirib.

Mövzuya görə xəbərlər