Cənubi Koreya

Cənubi Koreyada təyyarə qəzasında 120 nəfərin öldüyü təsdiqlənib

Bakı, TurkicWorld

Cənubi Koreyanın Çolla-Namdo əyalətində yerləşən Muan hava limanında baş verən təyyarə qəzası nəticəsində 120 nəfərin həyatını itirdiyi təsdiqlənib.

TurkicWorld "Yonhap"a istinadən xəbər verir ki, 2 nəfəri xilas etmək mümkün olub.

Qeyd edək ki, daha əvvəl 96 nəfərin həyatını itirdiyi bildirilmişdi.

Təyyarədə ümumilikdə 175 sərnişin və 6 ekipaj üzvü olub. Hakimiyyət orqanları sağ qalan 2 nəfərdən başqa, hamının həlak olduğunu ehtimal edir.

Mövzuya görə xəbərlər