Bakı, TurkicWorld
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədinin yaxın vaxtlarda - yanvar ayının ortalarında imzalanacağı gözlənilir.
TurkicWorld-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tezliklə Rusiyada Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin Ali İqtisadi Şurasının iclası təşkil olunacaq.
"İran tərəfindən İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabək iştirak edəcək.
Bu iclasın gündəmindəki əsas məsələlərdən biri İranın bu ittifaqa müşahidəçi üzvlüyünün təsdiqlənməsidir", - o qeyd edib.
Bəqayi deyib ki, bu ittifaqla İran arasında uzun müddətdir ticarət əlaqələri qurulub və preferensial ticarət üzrə əməkdaşlıq həyata keçirilib.