Son dəqiqə

Türkiyədə tender

Türkiyə bələdiyyəsi sement satın alacaq

Bakı,TurkicWorld

Türkiyənin Çorum bələdiyyəsi 6 min 700 ton sement alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təslimat hissə-hissə ediləcək.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 yanvar 2025-ci il tarixinə qədər “Kunduzhan Mahallesi Farabi Caddesi No:22 19040 Merkez/Çorum” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Mövzuya görə xəbərlər