Son dəqiqə

Türkiyədə tender

Türkiyənin Daxili İşlər Nazirliyi kompüter alımı üzrə tender elan edib

Bakı,TurkicWorld

Türkiyənin Daxili İşlər Nazirliyi 8 min ədəd kompüter və monitor alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən qurğular 120 gün ərzində işlək vəziyyətdə təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 dekabr 2024-cü il tarixinə qədər “Bahçekapı Mah. Fatih Sultan Mehmet Bulv. Şehit Org. Eşref Bitlis Kışlası 06797 Güvercinlik Etimesgut/Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir

Mövzuya görə xəbərlər